(+994 50) 255 58 02 info@krause.az
az
Peşəkarlar bizə güvənir!

Bizim devizimiz “ Peşəkarlar Bizə Güvənir! ”  Azərbaycanda aparıcı olan bir şirkətin inkişafı və formalaşması üçün yönəlmiş iqtisadi siyasətini əks etdirir.

Biz,tikinti,təmir və quraşdırma işləri üçün müxtəlif ləvazimat və avadanlıqla təchiz etməklə yüksək keyfiyyətli xidmət göstəririk. Təchiz edilən malların arasında nərdivanlar,çardaqteleskopik nərdivanları,səyyar və tikinti iskələlər, qüllələr, beton qarışdırıcıları, elektrodlarqaynaq avadanlığı və s. vardır.

İlk növbədə bizim prioritetimiz Almaniyanın KRAUSE konserninin məhsulları və Polşanın DEFRO şirkətinin ekslüziv distribütorluğudur.

Fəaliyyət göstərdiyimiz 7 il ərzində bir sıra Türkiyə və Avropa tikinti avadanlığı istehsalçılarının etimadını qazanmışıq. Bu şirkətlərin arasında LAYHER (Almaniya), DEFRO (Polşa), OMAN (Polşa), ASKAYNAK (Türkiyə), LİNCOLN ELECTRİC (ABŞ) adlarını çəkə bilərik. Təmsil etdiyimiz dünyanın aparıcı şirkəti olan LAYHER və Haki iskələ sistemləri sahəsində qabaqcıl texnologiya tətbiq edərək ildən ilə inkişaf edir. Yuxarıda qeyd edilmiş istehsalçıların bütün məhsullarına imtiyazlı qiymət və xüsusi güzəştlər bizə DİA HOLDİNG, AKKORD, PAŞA İNŞAAT, LİNDNER GROUP, STP, BP, ARDNŞ və s. kimi böyük şirkətlərlə əməkdaşlığın inkişafına zəmin yaratmışdır. Bu siyahı uzun olduğu üçün,fikrimizcə,yuxarıda qeyd etdiyimiz şirkətlərin adını sadalamaqla kifayətlənmiş olarıq.

Bizim tətbiq etdiyimiz çevik ödəniş sistemi bütün şirkətlərlə rahatlıqla iş görməyə imkan yaradır. Təqdimatımızı yekunlaşdırarkən bizimlə Azərbaycanda əməkdaşlıq edən mütəxəssislə bizim Avropa və beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli bütün məhsullara etibar etdiyini qeyd etmək istəyirik. Bizim devizimiz dəyişməz olaraq qalır - “ Peşəkarlar Bizə Quvənir! ”.

"Əlavə olaraq onuda qeyd edək ki,şirkətimiz 2016 cı ildən etibarən tribuna oturacaqlarının istehsalına başlayıb. Oturacaqların brend adı ALTOS adlanır."